"Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
ONN media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.
Azərbaycan çempionu səfərdə qələbə qazanarsa, futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır. Bu, əsas heyətdə meydana çıxacaq oyunçulara çatacaq vəsaitdir. 1 xal əldə olunarsa, göstərilən rəqəmin yarısı qədər pul əldə edəcəklər.
Azərbaycan çempionu 1-ci turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" daha sonra Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0. Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçuların hər birinə 100 min manatın üstündə mükafat ödəyib. "Kopenhagen" üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
"Qarabağ" qalib gəlsə, futbolçular nə qədər pul alacaq?



ÇL: "Qarabağ" əsas mərhələdə ilk oyununa çıxır
"Qarabağ" bu gün "Kopenhagen"lə üz-üzə gələcək
"Atletik Bilbao" - "Qarabağ" matçına hansı kanalda baxaq?
"Qarabağ" futbolçularına nə qədər mükafat ödənilib
Bakıda beş il sonra ÇL himni səsləndiriləcək
ÇL: Addainin qolu günün ən yaxşısı oldu
"Qarabağ" "Atletik"lə oyuna itki ilə çıxacaq
"Qarabağ" bu gün cavab oyununa çıxacaq
Qurban Qurbanov tarixi qələbəni belə şərh etdi
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Qarabağ"dan daha bir qələbə
İsrailli diplomat “Qarabağ”ı təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 