Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Mahir Emreli yenidən gündəmə gəlib.
ONN media xəbər verir ki, buna Azərbaycan millisinin hücumçusunun sosial şəbəkədəki hərəkəti səbəb olub.
Belə ki, Emreli “Nürnberq”dən keçmiş komanda yoldaşı Robin Knoxenin “Kayzerslautern”in qapısına vurduğu qolu İnstaqram hesabında paylaşıb, Mahir isə bunu bəyənib.
Rəqib futbolçunun Emrelinin hazırkı komandasına vurduğu qolu “layk” etməsi birmənalı qarşılanmayıb və etiraza səbəb olub.
Narazılığln əsas səbəbi isə həmin qolun “Kayzerslautern”i qələbədən (1:1) məhrum etməsidir.
Almaniya mediası futbolçunun bu addımını hazırkı klubunu qəsdən qıcıqlandırmaq cəhdi kimi dəyərləndirib. Emreli sabiq klubuna qarşı görüşü “qripə bənzər infeksiya” səbəbindən buraxmışdı.
Qeyd edək ki, yay fasiləsində “Nürnberq”dən “Kayzerslautern”ə keçən 28 yaşlı hücumçu bu mövsüm cəmi üç oyuna çıxıb. Onun son matçı avqustda baş tutub. Emreli çərşənbə günü keçiriləcək Almaniya Kubokunun “Fürt”ə qarşı oyununda da iştirak etməyəcək.
Mahirin “layk”ı etirazla qarşılandı



Mahir Emreli yeni kluba transfer olub
Emreli yeni uğura imza atdı
Mahir Emrelinin yeni klubu bəlli oldu
Mahir Emreli komanda yoldaşı ilə dalaşıb?
Mahir Emreli "Qarabağ"la vidalaşdı
Mahir Emreli “Legiya” forması ilə ilk oyunda het-trik etdi
Mahir Emreli transfer edildi
Mahir Emreli karyerasını harda davam etdirəcək?
Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir - BU SƏBƏBDƏN
FİFA Mahir Emrelinin qadağasını ləğv etdi
Mahir Emreli hərbi salam verdi
Utilizasiyaya avtomobil verənlərin diqqətinə: Qəbul qiyməti dəyişə bilər
Rafael Ağayevə ağır itki üz verdi
Zelenski Rusiyaya görə çağırış etdi
Mahir Emreli İsrailin "Makkabi" klubunun təklifini rədd edib
Sabah 39° isti olacaq
Bakıda qadın dənizdə boğuldu
Onlar vizadan qarşılıqlı azad edəcək
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb
İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi
Neft həftəyə bu qiymətlə başladı
Baş ağrısından xilas olmaq üçün ideal pəhriz...
IV Şuşa Qlobal Media Forumu başladı - Canlı
Bu ərazilərdə işıq olmayacaq
Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev
Ermənistana 7 vaqon buğda göndəriləcək 