“Qarabağ”a gələrkən belə bir mükafat qazanacağımı gözləmirdim. Arzum həmişə Çempionlar Liqasında oynamaq idi. Şükür Allaha, oynayıram və qollar vurmağa davam edirəm. Həqiqətən bu, gözlədiyimdən də artıqdır.
ONN media xəbər verir ki, bu sözləri “Qarabağ”ın oyunçusu Kamilo Duran UEFA Çempionlar Liqasının VII turunda “Ayntraxt” (Almaniya) ilə oyunda “dubl” edərək matçın ən yaxşısı seçilməsi barədə jurnalistlərə açıqlamasında deyib.
Matçın 4-cü və 80-ci dəqiqələrində qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olan 24 yaşlı kolumbiyalı yarımmüdafiəçi hisslərini belə ifadə edib:
“Çətin rəqibə qarşı oynayırdıq. Məqsədimiz 3 xal qazanmaq idi. Bu hədəflə meydana çıxmışdıq. Şəxsi karyeramda bu mükafatın yeri başqadır. Bu, məni çox işləməyə və daha çox qollar vurmağa sövq edəcək. Hamı çox xoşbəxtdir. Amma bununla da bitmir. Qarşıda “Liverpul”la oyun var. O zaman da hədəflərə çatmaq istəyəcəyik. Hər şey mümkündür”.
Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 36 komanda arasında 18-ci pillədə yer alıb.



ÇL: Daha 9 oyun baş tutacaq
“Qarabağ”dan möhtəşəm qələbə
ÇL: “Qalatasaray”ın çətin “Liverpul” sınağı
ÇL: Bu gün 9 oyun var...
"Atletik Bilbao" - "Qarabağ" matçına hansı kanalda baxaq?
İsrailli diplomat “Qarabağ”ı təbrik etdi
Çempionlar Liqasında oyunların son nəticələri
“Qarabağ” tarixi qələbəyə imza atdı
Çempionlar Liqasında daha iki qarşılaşma keçirilib
Çempionlar Liqasında gecənin – NƏTİCƏLƏRİ + VIDEO
Qurban Qurbanov məğlubiyyətdən danışdı
ÇL: Daha 9 oyun baş tutacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 