Komandamdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Çox əziyyət çəkdik. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu. İkinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm.
ONN media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
"Çox danışdım. Futbolçuların hamısı çox üzülmüşdü. Dəstək olmağa çalışdım. Bu, futbolun ən incə hissələrindən biridir. Oyunçular məyus olanda göz yaşlarını saxlaya bilmirlər. Onların yanındayam. Hamısı ilə dostam. Futbolçularımla fəxr edirəm. İrəliyə baxmaq lazımdır".
"Avropa Liqasını Çempionlar Liqasından ayırmıram. Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Böyümək istəyirik".
Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.



Bakıda 5 il sonra ÇL-in himni çalındı
Qurban Qurbanovdan ilk açıqlama gəldi
Üçüncü qol artıq oldu - Qurban Qurbanov
Bakıda beş il sonra ÇL himni səsləndiriləcək
"Qarabağ"la həmişə fəxr etmişik- Prezidentin köməkçisi
Qurban Qurbanov: Buna çox əsəbləşdim
Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub
Qurban Qurbanov oğlunun oyunundan danışdı
"Qarabağ”ın rəqibi bəlli oldu
Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Qurbanov: ""Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanov "Nant"la oyundan danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 