“Qarabağ”ın qələbəsi çox fantastikdir və möcüzədir. Başqa cür izah etmək mümkün deyil. Bir alman maşınına alman maşını kimi oynayıb qalib gəlmək, son saniyə qolu ilə qələbəni qazanmaq inanılmaz hisslərdir.
Bu sözləri idman eksperti Kənan Məstəliyev açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını 3:2 hesabı ilə məğlub etməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, istər taktiki, istər psixoloji baxımdan “Qarabağ” “Ayntraxt”a qarşı çox doğru oynadı:
“Baş məşqçi heyəti doğru seçmişdi, əvəzetmələr düzgün vaxtda və yerində edildi. Oyun planı düzgün qurulmuşdu. Rəqibin müdafiəsində plan olsa da, onlar hücumda daha yaxşı idilər, bizi çətin vəziyyətdə saxlaya bilirdilər. Ona görə də təmkinli və diqqətli olmaq lazım idi. Səbirli olmaq və öz oyununu oynamaq. “Qarabağ” da bu işin öhdəsindən gəldi”.
Ekspertin fikrincə, bu qələbə bizə pley-off mərhələsini təmin etdi və hər hansı fors-major vəziyyət yaşanmasa, “Qarabağ” artıq növbəti mərhələdədir:
“Bu isə Çempionlar Liqasında daha minimum iki qarşılaşma deməkdir. Rəqiblərimiz arasında çox gözəl komandalar var. Hətta “Barselona” klubunun Bakıya gəlmək ehtimalı var. Həqiqətən də möcüzəvi durumdur.
“Qarabağ”a ancaq təşəkkür edə bilərik ki, bizə bu cür sevincli anlar yaşadır. “Qarabağ” Azərbaycan futbol tarixinə ən böyük damğanı vurmuş klublardan biridir. Bu damğanın başında Qurban Qurbanov kimi möhtəşəm məşqçi dayanır”.



“Qarabağ”ın rəqibi cəzalanacaq
“Qarabağ”dan möhtəşəm qələbə
Qurban Qurbanov tarixi qələbəni belə şərh etdi
UEFA bu klubu cərimələdi
Hakimlə bağlı şərhi Prezident verib - Qurban Qurbanov
ÇL-in oyunları bu telekanallarda
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov
"Qarabağ" "Malmö"yə uduzdu
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
"Qarabağ" üzərində qələbəni ona həsr etmək istəyirik
"Qarabağ"ın oyunlarının tarixi və yeri açıqlandı
ÇL: Daha 9 oyun baş tutacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 