Vacib oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda çox istəklidir. Onlar da qalib olmaq istəyirlər. Nə qədər çətin olsa da hamını sabah maraqlı oyun gözləyir. Çalışacağıq ki, uğurlu nəticə əldə edək. Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya "Dundolk"u ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib. 47 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan mətbuat konfransında bildirib ki, zədəli olan Bədavi Hüseynovun durumunun yaxşı olmadığını söyləyib: "Bədavi Hüseynov fərdi məşqlərə də başlamayıb. Məşqlərə başladı, amma hiss etdi ki, yaxşı deyil. Dünən müayinədən keçdi və qərara alındı ki, müalicə davam etməlidir. Digərlərə gəlincə isə tam hazır olmasalar da, vəziyyətləri yaxşıya doğru gedir". Məşqçi Maqaye Qeye və Rerras Faysayın da durumuna aydınlıq gətirib: "Hazırlıqları daha yaxşıdır. Amma öz optimal formalarından uzaqdırlar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin "18-lik"də olmaq ehtimalı var". Qurbanov bütün rəqiblərə qarşı bəzi dəyişikliklərin olduğunu diqqətə çatdırıb: "Öz oyun üslubumuzu qoruyub saxlamağa çalışmışıq. Rəqibin qarşısını da almaq lazımdır. Onların oyununu analiz etmişik. Öz oyunumdan da imtina etməyəcəyik". Təcrübəli mütəxəssis Avropa Liqasında mübarizə aparan "Neftçi" və "Qəbələ"yə uğurlar arzulayıb: "Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana qələbə ilə mərhələ adlamaq daha yaxşı olar". Məşqçi Mahir Emrelinin İspaniya klubuna keçəcəyi ilə bağlı suala isə cavab verməyib. O, sabahkı matçı düşündüklərini və fikirlərini bu qarşılaşmaya yönəltdiklərini vurğulayıb. Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundolk" matçı saat 21:00-da başlanacaq (Report).
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq



Çox güc sərf etməliyik- QURBAN QURBANOV
Qurbanov: ""Aberdin"lə oyuna tam hazırıq"
Qurban Qurbanov növbəti oyundan danışdı: Hamımız qələbə gözləyirik
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
Qurbanov tənqidlərə belə cavab verdi
Qurban Qurbanovdan ilk açıqlama gəldi
Üçüncü qol artıq oldu - Qurban Qurbanov
Qurban Qurbanov: "Buna baxmayaraq oyuna hazırlaşmışıq"
Qurban Qurbanov: Azarkeşlərimizi də başa düşürəm
Qurban Qurbanov: Daha diqqətli və ciddi olmalıyıq
Qurban Qurbanovdan komanda ilə bağlı açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 