UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a uduzaraq (1:6, 2:3) avrokuboklarda çıxışını başa vuran "Qarabağ"ın hansı futbolçularla vidalaşacağı bəllidir.
ONN media xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov səviyyənin yüksəldilməsində israrlıdır və bu səbəbdən cari mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.
Yerli oyunçulardan mərkəz müdafiəçisi Bədavi Hüseynov karyerasını bitirəcəksə, bu mövsüm komandaya fayda verməyən hücumçu Ramil Şeydayevlə müqavilə yenilənməyəcək.
Bir müddət öncə Çinə yollanmağa yaxın olan stopper Bəhlul Mustafazadənin gələcək taleyi hazırda qeyri-müəyyəndir. Zədə səbəbindən məşqlərə qatılmayan milli üzvü yeni çağırışları nəzərdən keçirməkdə, legioner həyatı yaşamaqda maraqlıdır.
Legionerlərə gəlincə, 53 yaşlı mütəxəssis Zaqreb "Dinamo"sundan cari mövsümün sonunadək icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayenin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun da komandada qalmasını vacib saymır.
Ağdam təmsilçisi hazırda idman intizamını pozduğu üçün əvəzedici komandaya göndərilən 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.
Xorvatiya əsilli almaniyalı qapıçı Fabian Buntiçin də yeni "futbol ili"nə "Qarabağ"da başlamaq ehtimalı çox azdır.
Yarımmüdafiəçi Marko Yankoviç və polşalı qolkiper Mateuş Koxalski isə rəsmi təklif gələcəyi halda, satılacaqlar.



"Qarabağ"da daha bir itki
“Qarabağa”a görə onu oyuna buraxmadıq” - “Dinamo”nun baş məşqçisi
"Qarabağ"- "Dinamo" oyunu başladı
Bəhlul Mustafazadənin yeni klubu bəlli oldu
"Qarabağ"da ciddi itkilər
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
Qurban Qurbanov: Buna çox əsəbləşdim
"Qarabağ" futbolçuların maaşlarını arıtırdı
“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək?
Qurban Qurbanov: "Buna baxmayaraq oyuna hazırlaşmışıq"
"Qarabağ" bu gün cavab oyununa çıxacaq
"Qarabağ”ın rəqibi bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 