"Liverpul" və Kataloniyanın "Barselona" klubunun sabiq yarımmüdafiəçisi Filippe Koutinyo Moskvanın CSKA klubuna keçməyə isti yanaşmır.
ONN media xəbər verir ki, bu barədə "ESPN Brazil" məlumat yayıb.
Mənbənin məlumatına əsasən, 33 yaşlı futbolçu karyerasını ABŞ-nin MLS liqasında davam etdirmək və ya peşəkar futbolçu karyerasını başa vurmaq variantlarını nəzərdən keçirir.
Koutinyo "CR Vasco da Gama" klubunun yetirməsidir. O, karyerası ərzində "İnter Milan", "Espanyol", "Barselona", "Liverpul", "Bayern" və Qətərin "Əl-Duhail" klublarında çıxış edib.
"İnter"in heyətində braziliyalı futbolçu İtaliya Kuboku və Superkubokunu qazanıb. "Barselona" ilə iki dəfə İspaniya çempionu olub və iki dəfə ölkə kubokunun qalibi adını qazanıb. "Bavariya"nın tərkibində isə Almaniya çempionluğu, Almaniya Kuboku və UEFA Çempionlar Liqasının qalibi olub.
Braziliya millisində 68 oyun keçirən yarımmüdafiəçi 21 qol vurub və Amerika Kubokunun qalibi olub.



Məşhur futbolçu Nərimanla komanda yoldaşı oldu
Məşhur futbolçu başqa kluba transfer olub
Məşhur futbolçu karyerasını bitirdi
Məşhur futbolçu karyerasına son qoyub
Məşhur futbolçu karyerasını başa vurdu
"Barselona" super kuboku qazandı
Koutinyo ingilis nəhənglərinin hədəfində
UEFA Qurban Qurbanovu təbrik etdi
ÇL: Bu gün 9 oyun var...
Mövsümün qalibi bu gecə bəlli olacaq
“Barselona” sevənlərin NƏZƏRİNƏ
Əfsanəvi futbolçu vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 