UEFA "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibətilə təbrik edib.
Avropa futbol qurumu bu barədə tvitter hesabından video paylaşıb.
UEFA təcrübəli mütəxəssisin uzun müddət "Qarabağ"a rəhbərlik etdiyini və Azərbaycan futbolunun canlı əfsanəsi olduğunu bildirib.
Qeyd edək ki, Qurban Osman oğlu Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.
Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan Premyer Liqasının, 1 dəfə Azərbaycan Kubokunun qalibi, 1 dəfə ölkə çempionatının bombardiri olub.
1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.
2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir.
Onun rəhbərliyi dövründə "Qarabağ" 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. "Köhlən atlar" 2014/2015 mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin, Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022 mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini dəf edərək, Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.



Qara Qarayev yeni kluba transfer oldu
“Qarabağ” növbəti dəfə ölkə çempionu oldu
Məşhur klub Qurbanovu istəyir?- ŞOK İDDİA
"Qarabağ”ın rəqibi bəlli oldu
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
"Qarabağ"yeni rekorda imza atdı
“Çelsi”nin yeni baş məşqçisi açıqlanıb
Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da! - RƏSMİ
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
“Barselona” sevənlərin NƏZƏRİNƏ
Klublarımız UEFA-dan nə qədər vəsait əldə edib?
“Mançester Yunayted”in əfsanəsi HƏBS EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 