Futbol üzrə Fransa milli komandası dünya çempionatının yarımfinal mərhələsində İspaniya yığmasına qarşı keçirilən matçda qarşıya qoyulan oyun planını icra edə bilməyib.
ONN media Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Fransa millisinin kapitanı və hücumçusu Kilian Mbappe açıqlama verib.
"Nə texniki, nə də taktik baxımdan istədiyimiz oyunu nümayiş etdirə bildik. Dünya çempionatının yarımfinalında üzərinə düşəni etməyəndə qalib gələ bilmirsən. İspaniya öz oyun planına və adət etdiyi üsluba sadiq qaldı. Onlar topa və tempə nəzarət etməyi sevirlər. Bizim planımız isə rəqibə yüksək təzyiq göstərmək və onların öz ritmini tapmasına mane olmaq idi.
Hətta topu ələ keçirdiyimiz anlarda belə ilk toxunuşlarımız yetərincə uğurlu alınmırdı. Məhz bu cür hallar məğlubiyyətə gətirib çıxarır. Bu, bizim üçün çox böyük bir xəyal qırıqlığıdır. Lakin obyektiv danışsaq, finala vəsiqə qazanmaq üçün tələb olunan bütün şərtlərə sahib deyildik", - deyə ulduz futbolçu qeyd edib.
Xatırladaq ki, dünya çempionatının gərgin keçən yarımfinal qarşılaşmasında İspaniya millisi Fransa komandasını 2:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb. Matçın taleyini həll edən qollara 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal və 58-ci dəqiqədə Pedro Porro imza atıblar.
Qeyd edək ki, Argentina və İngiltərə yığmalarının iştirakı ilə keçiriləcək ikinci yarımfinal matçı bu gün baş tutacaq. Turnirin finalı isə iyulun 19-na təyin olunub
Məğlubiyyətin əsas səbəbi nədir? O açıqladı



İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Bütün diqqətlər Fransada- Qalib bəlli olacaq
Prezident "Qarabağ" futbol klubunun üzvlərini qəbul etdi - FOTO (YENİLƏNDİ)
Mbappe Messini keçdi
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Mbappe futbol klubu alır
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Avropa Liqasında bütün 1/8 finalçılar məlumdur
Mbappe yeni aktirekorda imza atdı
“Cümhuriyyət turniri” başa çatdı - Milli Məclis çempion oldu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan XİN Türkiyəni təbrik etdi
Bu ərazilərdə işıq olmayacaq
Neftin qiyməti açıqlandı
Dənizdəki boğulmaların səbəbi nədir?
Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Zaur Nəbioğluya vəzifə verildi
Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər 