Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
ONN media məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.
On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.
Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.
O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən “Demokratiya və Milli Birlik Günü” xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.
Azərbaycan xalqı və dövləti əziz mirasımız olan “Bir millət iki dövlət” prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.
Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.
Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram”.
İlham Əliyev Ərdoğana başsağlığı verdi



SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Dünya liderləri İlham Əliyevi təbrik edir
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
İlham Əliyev “A Haber” telekanalına müsahibə verdi (YENİLƏNDİ)
Əliyev və Ərdoğan TANAP-ın açılışında
İlham Əliyev və Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşdülər
Prezident və birinci xanım Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı
Məğlubiyyətin əsas səbəbi nədir? O açıqladı
Azərbaycan XİN Türkiyəni təbrik etdi
Bu ərazilərdə işıq olmayacaq
Neftin qiyməti açıqlandı
Dənizdəki boğulmaların səbəbi nədir?
Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Zaur Nəbioğluya vəzifə verildi
Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər 