ONN İnformasiya Agentliyi

Daha bir futbolçu oyundan gedir

Daha bir futbolçu oyundan gedir
10-05-2018, 03:33


"Liverpul"un daha bir futbolçusu Çempionlar Liqasının finalında "Real"la oyunu buraxacaq.

ONN media bildirir ki, söhbət komandanın yarımmüdafiəçisi Əmrə Candan gedir. Mövsümün gedişində ciddi zədə alan futbolçu tibbi müayinədə keçdikdən sonra finalı buraxacağı dəqiqləşib. Əmrə Canın dünya çempionatında Almaniyaya kömək edib-etməyəcəyi bəlli deyil.

"Liverpul"un müdafiəçisi Co Qomes və yarımmüdafiəçisi Aleks-Oksleyd Çemberleyn də final oyununda iştirak etməyəcəklər. Onların zədəsi ciddi olduğu üçün mundialda İngiltərə millisinin heyətində yer almayacaqlar.

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü mayın 26-sı, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png