Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda final matçı keçiriləcək.
ONN media xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü günündə "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.
Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş tarixə 25-ci final oyunu kimi düşəcək. Qalib komanda da tarixində ilk dəfə ölkə kubokunu qazanacaq.
"Keşlə" və "Qəbələ" indiyədək 4 dəfə üz-üzə gəlib. Görüşlərdən 1-də paytaxt, 3-də isə əyalət təmsilçisi qələbə qazanıb. Topların nisbətində də "qırmızı-qaralar" öndədir - 7:6. Komandaların yolları indiyədək 2 dəfə kubokda kəsişib. Hər iki halda onlar yarımfinalda üz-üzə gəliblər. Son 3 qarşılaşmada "Qəbələ” 2 top fərqi ilə qələbə qazanıb.
2008/09. 1/2 final. İnter (Bakı) - Qəbələ - 5:0, 0:2
2016/17. 1/2 final. İnter (Bakı) - Qəbələ - 1:3, 0:2
Bugünkü matç həm də ukraynalı baş məşqçilərin dueli ilə əlamətdar olacaq. "Qəbələ"də 4-cü mövsümünü başa vuran Roman Qriqorçuk indiyədək titula həsrət qalıb. Yuri Maksimovun qış fasiləsində baş məşqçi təyin olunduğu "Keşlə" isə "İnter" adlandığı vaxtlarda iki dəfə çempion olsa da, kubok sevinci yaşaya bilməyib.
Komandalar meydana itkilərlə çıxacaqlar. "Qəbələ"dən Ürfan Abbasov və Ruslan Qurbanov, "Keşlə"dən isə Fuad Bayramov cəza üzündən oynamayacaq.
Final matçından əvvəl Qəbələ şəhər stadionunda konsert proqramı təşkil olunacaq. Tanınmış rumıniyalı müğənni Seeya mahnılarını ifa edəcək.
Azərbaycan Kuboku, Final
28 may
20:00. "Keşlə" - "Qəbələ"
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu



Bu gün Azərbaycan Kubokunun finalıdır
Azərbaycan kubokunda final bu tarixdə olacaq
"Qarabağ" bu gün çempionluğu təmin edə bilər
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
"Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək
"Keşlə" yarımfinala vəsiqə qazandı
"Zirə"dən darmadağın, "Qəbələ"nin səfər sınağı
Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək
"Qəbələ" "Zirə"ni böyük hesabla məğlub etdi
"Səbail" "Qəbələ"ni məğlub etdi
"Qəbələ"nin baş məşqçisi istefa verdi
"Qəbələ" "Keşlə"ni məğlub etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 