ONN media xəbər verir ki, mayın 29-da DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu, respublikanın əməkdar idman ustası Zemfira Meftahəddinovanın ad günü idi. Bu münasibətlə DİN-də keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov onu təbrik edib, Azərbaycan bayrağını mötəbər beynəlxalq arenalarda dalğalandıran dünya şöhrətli idmançımızın həm də daxili işlər orqanlarında idmanın inkişafında və təbliğində xüsusi rolunu vurğulayıb.
Ulu öndərimizin diqqət və qayğısı ilə həyata keçirilən, möhtərəm dövlət başçımızın uğurla davam və inkişaf etdirdiyi idman siyasəti nəticəsində bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığına, bir çox möhtəşəm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halı aldığına diqqət çəkən nazir R.Usubov təmsilçilərimizin bu gün dünyanın ən güclüləri sırasında olduqlarını, polis polkovniki Zemfira Mehtahəddinovanın ilk sırada yer tutaraq müstəqilliyimiz dövründə Sidney və Afina olimpiadalarında qazandığı tarixi qələbələri nəzərə çatdırıb.
General-polkovnik Ramil Usubov bu nailiyyətlərə qədər DİN İdman Cəmiyyətinin yetirməsi kimi Z.Meftahəddinovanın dünya və Avropa çempionatlarında ölkə idmanının şərəfini layiqincə qoruduğunu, 1994-cü ildən polis zabiti kimi bu qurumun sıralarında müxtəlif vəzifələrdə çalışdığını, daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığının artırılması üçün böyük əmək sərf etdiyini, xidmətlərinin dövlət tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə qiymətləndirildiyini məmnunluqla xatırladıb, təltif olunduğu DİN-in “Fəxri fərman”ını ona təqdim edib.
Barəsində deyilən xoş sözlərə, ölkə və DİN rəhbərliyinin xüsusi diqqət və qayğısına görə minnətdarlığını bildirən Zemfira Meftahəddinova idmanımızın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini deyib



Zemfira Meftahətdinovanı kim əvəz etdi?
Tanınmış idmançıya yeni vəzifə verildi
Ulu öndərin xatirəsinə həsr olunmuş yarışlar davam edir
Nazir idmançılara mükafat verdi
DİN İdman Cəmiyyətinin yetirmələri qalib oldular
Baş nazir Filip Cuda ilə görüşdü
Azərbaycanda assosiasiya prezidenti vəfat etdi
Ramil Usubov polkovniki işdən azad etdi
Nazir polkovniki vəzifədən çıxardı
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yarışlar keçirilir
Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş yarış keçirilib
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 