Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində daxili işlər orqanlarının əməkdaşları arasında Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş silahsız özünümüdafiə üzrə yarış keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb.
DİN -dən ONN media -ya verilən məlumata görə, dövlət himnimiz səsləndikdən sonra tədbiri açan DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftaxetdinova cümhuriyyət yaşıdı olan polisimizin böyük bir inkişaf yolu keçdiyini, dövlətçiliyimizin möhkəmlənməsi uğrunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, ictimai asayişi və sabitiyi qorumaq naminə qarşıya çıxan çətinliklərə inamla sinə gərdiyini və cinayətkarlıqla qətiyyətlə mübarizə apardığını diqqətə çatdırdı.
O, bildirdi ki, dünən olduğu kimi bu gün də polisimiz həm də bir vətəndaş kimi həyatın bütün sahələrində ölkəmizin inkişafına öz töhfəsini verir, dünyanın ən böyük elm, idman arenalarından vətənimizə qələbələrlə qayıdırlar. Qeyd olundu ki, əldə olunan bütün uğurların əsasında ölkə və DİN rəhbərliyinin ali diqqət və qayğısı durur.
Sonra yarışa start verildi. Polislər silahsız özünümüdafiə bacarıqlarını, yüksək fiziki hazırlıqlarını nümayiş etdirdilər.
Yarış başa çatdıqdan sonra hakimlər qrupu tərəfindən qiymətləndirmə başladı. Nəticələrə görə Əlahiddə Çevik Polis Alayının komandası 1-ci, DİN Daxili Qoşunlar Baş İdarəsinin hərbi qulluqçuları 2-ci, Polis Akademiyasının komandası isə üçüncü yerə layiq görüldü.
Qeyd edək ki, yarışın keçirilməsində həm də əsas məqsəd fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyətini formalaşdırmaqdır.
Sözügedən yarışı polis polkovnik-leytenantı Munir Orucov, polis mayoru Zaur Məcidov, polis serjantı Hikmət Hacıyev və Rəsul Məmmədov idarə edirdilər. Yarışın baş hakimi isə polis polkovnik-leytenantı Mülayim Xıdırov idi.



Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yarışlar keçirilir
Ulu öndərin xatirəsinə həsr olunmuş yarışlar davam edir
Zemfira Meftahətdinovanı kim əvəz etdi?
12-ci dəfə kuboka sahib oldular
DİN-in idmançıları yarışda qalib olublar
Tanınmış idmançıya yeni vəzifə verildi
Onun adı idman tariximizə əbədi həkk olunub
Polis əməkdaşları bu oyuna hakimlik etdi
Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi
Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər
Ulu öndərin xatirəsinə həsr olunmuş növbəti yarış keçirilib
İlk addımlar, ilk qələbələr -DİN İdman Cəmiyyətinin komandasının uğurları
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 