ONN media xəbər verir ki, bu yaxınlarda Portuqaliyanın Koimbra şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku uğrunda yarış keçirilib.
28 ölkədən 416 yeniyetmə cüdoçunun mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisinin tərkibində DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun yetirməsi Nizaməddin Poladov da qələbə uğrunda inamla mübarizə aparıb. O, 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək Avropa kubokunun sahibi olub. Cüdoçumuz bu qələbə ilə iyunun 28-də Bosniya və Herseqovinada keçiriləcək cüdo üzrə Avropa çempionatına da vəsiqə qazanıb.
Qeyd edək ki, təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun əməkdaşı, əməkdar məşqçi Elçin Səfixanov hazırlayıb.
N.Poladov polis ailəsində dünyaya göz açıb. Atası, istefada olan polis polkovnik-leytenantı Elşən Poladov da idmanda bir çox nailiyyətlər qazanıb. O, beynəlxalq dərəcəli idman ustasıdır. İdmanın sambo növü ilə peşəkar idmançılar arasında Avropa çempionu, Dünya kubokunun sahibidir. E.Poladov 2 dəfə dünya ikincisi, 3 dəfə isə dünya üçüncüsü olub. Cüdo üzrə isə dəfələrlə beynəlxalq turnirlərdə, respublika çempionatlarında qalib gəlib.
N.Poladov hələ uşaq yaşlarında idmana həvəs göstərib. O, bu ilin geridə qalan dövrü ərzində Tunisdə Afrika kuboku üzrə açıq birincilikdə 3-cü yerə, Mərakeşdə keçirilən qitə çempionatında 2-ci yerə, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş yarışda 1-ci yerə sahib olub.



Avropa çempionatından idmançılarımız vətənə mükafatla qayıtdılar
Çempionatdan medalla qayıtdılar
Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər
Avropa birincisi olan cüdoçumuzu tanıyaq
Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı
DİN İdman Cəmiyyətinin yetirməsi bürünc medal qazanıb
Orxan Səfərov qızıl medal qazandı
Cüdoçularımız Avropa kubokunda 8 medal qazandı
DİN-in idmançıları yarışda qalib olublar
Karateçimizdən möhtəşəm qələbə
Daha bir yeniyetmə karateçimiz finala yüksəldi
Cüdo üzrə komandamız qızıl medal qazandı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 