ONN İnformasiya Agentliyi

"Qarabağ" daha bir futbolçusu ilə razılaşdı

"Qarabağ" daha bir futbolçusu ilə razılaşdı
17-06-2018, 21:35


"Qarabağ" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

ONN media klubun rəsmi saytına istinadən xəbər verir ki, Dani Kintananın başa çatan sözləşməsi yenilənib.

İspaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin iyununadək anlaşma əldə olunub. Kintana artıq komanda ilə məşqlərdə iştirak edir. O, "Qarabağ"a 2015-ci ilin martında transfer olunub.

Daha əvvəl Ansi Aqolli ilə müqavilə 2019-cu ilin iyununadək uzadılıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png