Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama matçına çıxıb.
ONN media xəbər verir ki, rəqib Bolqarıstan "Ludoqorets"i olub. Kössen qəsəbəsində keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 36-cı dəqiqədə Qara Qarayevin mərkəzdə yol verdiyi kobud səhvdən sonra "Ludoqorets"in futbolçusu Yakub Svierçok açıb. 53-cü dəqiqədə isə Dani Kintana bərabərlik qolunu vurub. Bununla da "Qarabağ" Avstriya toplanışına heç-heçə ilə başlayıb.
Qeyd edək ki, "Luqoqorets" son 7 mövsümdə Bolqarıstan çempionu olub. Razqrad şəhəri təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali İrlandiyanın "Kruzaders" komandası ilə üz-üzə gələcək. Ötən il "Ludoqorets" yay toplanışı zamanı "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
19:30. "Qarabağ" - "Ludoqorets" - 1:1
Qollar: Dani Kintana, 53 - Yakub Şvierçok, 36
Mərkəzdə Qara Qarayevin kobud səhvindən sonra topu ələ keçirən Yakub Şvierçok təkbətəkdən hesabı açıb.
"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov.



“Qarabağ” son yoxlama oyununu keçirdi
"Qarabağ" uduzdu
“Qarabağ”ın rəqibləri bilindi
"Qarabağ"dan daha bir qələbə
"Qarabağ" "Linkoln"u qəbul edir
Çempionlar Liqasında son durum necədir?
"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın etdi
ÇL: “Qarabağ”ın matçına nə qədər bilet satılıb?
Çempionlar Liqasında oyunların son nəticələri
"Neftçi" Moskva "Spartak"ını məğlub etdi
"Qarabağ"da şok itki
"Qarabağ" "Zirə" ilə heç-heçə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 