Azərbaycanı 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında təmsil ecəcək idmançı müəyyənləşib.
ONNmedia xəbər verir ki, Azərbaycan Dağ Xizəyi Federasiyasının rəsmisi Afaq Zeynalovanın Report-a verdiyi məlumata görə, bu, Patrik Braxnerdir.
Avstriyalı legioner kişilər arasında slalom və böyük slalom yarışlarında çıxış edəcək. 25 yaşlı idmançı karyerasında ikinci dəfə olimpiadaya qatılacaq. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş Braxner slalomçuların mübarizəsində finişə çata bilməyib.
O, qarşıdakı olimpiadaya lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində əldə edib.
A.Zeynalovanın sözlərinə görə, Braxnerin bu yaxınlarda şəxsi problemi ortaya çıxdığından, Pxençxana yollanması sual altına düşmüşdü. Nəticədə federasiya andorralı Robert Solsonanı olimpiadaya yollamaq istəyib. Lakin Braxner problemini artıq yoluna qoyduğunu və Cənubi Koreyada çıxış etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9-25 fevral 2018-ci ildə keçiriləcək.



Azərbaycan bu idmançı ilə yollarını ayırır
Bu gün XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Azərbaycan idmançısının Olimpiadada debüt vaxtı bilindi
Azərbaycan Olimpiadanın bağlanışında iştirak etməyəcək
Olimpiya oyunlarında ilk dopinq qalmaqalı baş verdi
Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi
Nazirlər tennis oynadı
Hacı Əliyev FİNALDA
Qış Olimpiya Oyunlarının yeni mütləq rekordçusu məlum olub
Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib
Rafael Ağayev karyerasını nə zaman bitirəcək? - ÖZÜ AÇIQLADI
Artıq hazırlığa başlamaq lazımdır- İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 