Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və komitənin vitse-prezidenti, millət vəkili Fazil Mustafa Bakı İdman Sarayında martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.
ONN media xəbər verir ki, əvvəlcə atletlərimizin təlim-məşq prosesinə və sağlamlıq imkanları məhdud uşaqların hazırladıqları musiqili kompozisiyaya baxış olub. Nazirlər S.Babayev və A.Rəhimov müxtəlif yarışlarda uğurlu nəticələr göstərmiş gənc atlet Həbib Tağıyevlə tennis oynayıb, idmançılarla söhbət edib, KİV-ə müsahibə veriblər.
A.Rəhimov Prezident İlham Əliyevin idmana yüksək qayğısından bəhs edib, xüsusi olimpiyaçıların da yeni uğurlar qazanmasına şərait yaradıldığını qeyd edib. O, Ümumdünya Xüsusi Yay Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib. Nazir yarışlarda Azərbaycanı 56 idmançı təmsil edəcəyini, onların idmanın on növündə yarışacaqlarını bildirib.
S.Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, bu sahədə aparılan işlərdən biri kimi, əlilliyi olan şəxslər arasında idman tədbirlərinin təşkilinin, eyni zamanda beynəlxalq yarışlarda iştirak etmələrinin dəstəkləndiyini qeyd edib. Nazir bildirib ki, xüsusi olimpiya idmançılarımızın Əbu-Dabi keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarında iştirakına da dəstək verilib. Bu Oyunlarda iştirak edəcək heyətin arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb.
Azərbaycan Xüsusi Olimpiya Komitəsi bu gün 5 minə yaxın idmançını özündə birləşdirir. Komitənin prezidenti Ş.Əliyev Xüsusi Olimpiya Təşkilatı ilə fəal əməkdaşlıq etdiklərini deyib. O, dövlətin daimi dəstəyi şəraitində ölkəmizdə xüsusi olimpiya hərəkatının daim genişləndiyini vurğulayıb.
Tədbir iştirakçıları idmançılarımıza Xüsusi Yay Olimpiya Oyunlarında uğurlar arzulayıblar.
İlk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır. Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24, o cümlədən 8 qızıl, 11 gümüş və 5 bürünc medalla qayıdıblar.
Atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı Gənclər və İdman Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunur.



SON DƏQİQƏ: Azad Rəhimov vəfat etdi
Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu
Paralimpiyaçılarımız Tokioda şanlı tarix yazır
Prezident Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident Çingiz Hüseynzadə ilə bağlı SƏRƏNCAM İMZALADI
Leyla Əliyeva “Bahar sevincləri” sərgisində
Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir - YENİLƏNİB
Fazil Mustafa vitse-prezident seçildi
İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib
Prezident Azad Rəhimovla bağlı sərəncam imzaladı
Muxtar Babayev yeni vəzifəyə təyin olundu
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 