"Sumqayıt" klubu daha bir futbolçunu heyətinə cəlb edib.
ONN media xəbər verir ki, son mövsümü “Qarabağ"da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirovla 1 illik müqavilə imzalanıb. 31 yaşlı futbolçu yeni komandasında 21 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Daşdəmirov karyerası ərzində “Qarabağ”dan (15 oyun) başqa “Şahdağ” (19 oyun, 2 qol), “MKT Araz” (22 oyun, 2 qol), “Masallı” (20 oyun, 1 qol), AZAL (10 oyun), “Standard” (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və “İnter”in (139 oyun, 9 qol) uğurları üçün çalışıb.