Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. ONN media xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: “Zirə” – “Sabah” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanıb, klubu 16000 manat cərimə olunub. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydançaya daxil olduğu üçün klub 800 manat cərimə olunub.AFFA-dan sərt qərar - “Neftçi”nin məşqçisinə 20 oyunluq cəza



AFFA-dan futbolçulara cəza, klublara cərimə
AFFA "Qarabağ"ı cərimələdi- SƏBƏB İSƏ...
AFFA bu futbolçuları CƏZALANDIRDI
AFFA klubları CƏZALANDIRDI
AFFA “Neftçi”ni cərimələdi
AFFA bu klubları cərimələdi
AFFA Mahir Emrelini cəzalandırdı
AFFA bu klubları cərimələdi
“Qarabağ” və “Neftçi” cərimələndi
Azərbaycanda futbol klubu isti suya görə cəza aldı
“Qarabağ” buna görə cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 