AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın VII turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
Matç bitdikdən sonra “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 37.3);
VII turun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun 9 nömrəli futbolçusu Xulio Sezar Rodrigez “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
I Divizionun IV turunun “Qəbələ-2” – “Turan Tovuz” oyununda “Qəbələ-2” komandasının 88 nömrəli futbolçusu Gülağa Əsədov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);
IV turun “Qarabağ-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1);
IV turun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Qaradağ Lökbatan” klubunun 14 nömrəli futbolçusu Davud Mahmudov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Keşlə-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1);
IV turun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Sumqayıt-2” komandasının 85 nömrəli futbolçusu Rüstəm Hümbətov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
I Divizionun V turunun “Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
V turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Turan Tovuz” klubunun 4 nömrəli futbolçusu Səbayıl Bağırov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 cərimə olunur (maddə 47.1);
V turun “Zirə-2” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
“Zirə-2” komandasının 45 nömrəli futbolçusu Əli Mürsəlov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).



AFFA bu futbolçuları CƏZALANDIRDI
AFFA bu klubları cərimələdi
AFFA "Qarabağ"ı cərimələdi- SƏBƏB İSƏ...
AFFA Mahir Emrelini cəzalandırdı
AFFA klubları CƏZALANDIRDI
“Qarabağ” və “Neftçi” cərimələndi
AFFA bu klubları cərimələdi
AFFA-dan futbolçulara cəza, klublara cərimə
“Qarabağ” və “Neftçi” cərimələndi
AFFA “Neftçi”ni cərimələdi
Azərbaycanda futbol klubu isti suya görə cəza aldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 