Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.
ONN media xəbər verir ki, kişi şahmatçıların ilk 100-lüyündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir.
Teymur Rəcəbov 1757 xalla 14-cü və Arkadi Naydiç 2736 xalla 20-dir. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.
Qadınların ilk ən güclü 100 şahmatçısı siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47 pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.
Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.



Azərbaycanlı şahmatçılar reytinqdə irəlilədi - SON SİYAHI
Şəhriyar FİDE reytinqində 2-ci pilləyə yüksəldi
FIDE reytinqi: Rəcəbov gerilədi
Azərbaycan millisi FİFA reytinqində 21 pillə irəliləyib
“Qarabağ” son siyahı ilə müqayisədə 3 pillə irəliləyib
Şahmatçımız erməni rəqibini məğlub etdi
Şəhriyar Məmmədyarov amerikalı şahmatçı ilə qarşılaşacaq
Kişi və qadın yığmaları rəqibləri ilə heç-heçə etdilər
Dünyanın ən güclü futbol klubları hansılardır?- SİYAHI
Qurbanov 3 pillə İRƏLİLƏDİ
Millimiz 120-ci sırada…
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 