Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.
ONN media xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib.
Bu nəticədən sonra Karuana liderliyini davam etdirib. Aktivində 2 qələbə və 8 heç-heçə olan Məmmədyarov isə ikincidir.
Turun digər görüşləri:
Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1:0
Din Lijen (Çin) - Uesli So (ABŞ) - 0.5:0.5
9 turdan sonra Karuana 6,5 xalla vahid liderdir. Məmmədyarov 6 xalla 2-ci, Qrişuk 5,5 xalla 3-cü yerdə qərarlaşıb. 4-5-ci pillələrdəki Karyakin və Din Lijen hərəyə 5 xalla bölüşür. 6-cı pillədəki Kramnikin 4,5, 7-ci pillədəki Sonun 4, 8-ci pillədəki Aronyanın 3,5 xalı var.
Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.



Məmmədyarov həlledici görüşünə çıxır
Bu gün Şəhriyar Məmmədyarov İddiaçılar turnirində mübarizəyə başlayacaq
Şəhriyar Məmmədyarov erməni ilə heç-heçə oynadı
Məmmədyarov Aronyanla qarşılaşdı
Şəhriyar Kramniklə heç-heçə oynadı
Şəhriyar Məmmədyarov üçüncüdür
Məmmədyarov üçün son şans
Şəhriyar Məmmədyarovdan iki heç-heçə, bir məğlubiyyət
Məmmədyarov ilk günün lideridir
Şəhriyar Məmmədyarov ilk üçlükdə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 