Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraqa görə üzərinə ən böyük öhdəlik götürən ölkənin Türkiyə olduğunu ifadə edərək, bu ölkəyə 5 milyard dollar kredit verəcəklərini söyləyib. ONN media xəbər verir ki, Çavuşoğlu bu 5 milyard dollardan iş adamlarının istifadə edəcəyini söyləyib: “İraqda həyata keçiriləcək layihələr, qoyulacaq sərmayələr və ticarətimiz üçün bu puldan istifadə edəcəyik. Biz İraqın yenidən qurulması üçün bu işləri koordinasiya etməyə başlamışıq”. Türkiyənin sərhəd qonşularından biri olan İraqda cərəyan edən proseslərdən danışan Çavuşoğlu bunları deyib: “Hazırda İraqda əhatəli bir hökumətin olması və ölkənin yenidən qurulması ən əhəmiyyətli məsələdir. Biz bu işləri İraqın yenidən qurulması üçün təşkil etməyə başlamışıq. Yaxın günlərdə həm Bağdada, həm də Ərbilə səfər edəcəyəm. Prezident Rəcəb Tayyib Ərdoğanın 31 martda keçiriləcək yerli seçkilərindən sonra İraqa edəcəyi səfəri üçün də hazırlıqlar aparacağıq. İraqın başqa problemləri də var. Terror təhdidi hələ də davam edir. Bu baxımdan problemləri həll etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışırıq”.(qafqazinfo.az)
Türkiyə bu ölkəyə 5 milyard dollar kredit verəcək



İraqın yenidən qurulması 88 milyard dollara başa gələcək
Ərdoğanın İraqa səfər tarixi açıqlandı
Çavuşoğlundan Mərkəzi Asiyaya KRİTİK ZƏNG: Sülh yolu ilə...
Türkiyə Suriyada yenidən əməliyyatlara başlayır?
Çavuşoğlu Maduro ilə görüşdü
Zelenski və Putinin Türkiyədə görüşü... – Çavuşoğlu
Hücum HƏR AN başlaya bilər - Türkiyədən XƏBƏRDARLIQ
Çavuşoğlu Moskvaya, daha sonra isə Kiyevə gedəcək
Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 