Ötən gün Çin istehsalı olan paltarlara dünyaca məşhur firmaların etiketlərini vurub satışını həyata keçirən mağazalar şəbəkəsi ifşa olundu. Bu hadisədən sonra paltarlara yapışdırılan etiketlərin orijinallığı məsələsi gündəmə gəlib. Bəs saxta etiketi orijinalından necə fərqləndirmək olar?
ONN media xezerxeber.az-a istinadən bildirir ki, bir çox müştəri paltarların üzərindəki etiketlərin orijinal olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Xüsusilə də brend firmalara məxsus etiketlərin peşəkarlıqla sex mallarının üzərinə tikilərək satışa çıxarılması müştəriləri çaş-baş salır. Nəticədə aldadılan müştəri xeyli miqdarda ziyana düşür.
Tekstil üzrə mütəxəssis Anar Quliyev deyib ki, saxta etiketi orijinalından fərqləndirməyin bir neçə yolu var.
Mütəxəssis bildirib ki, paltarın üzərində həm malı istehsal edən ölkənin, həm də markanın etiketləri ayrı-ayrı olmalıdır ki, bu da məhsulun orijinalını saxtasından ayırmağa kömək edir.
Anar Quliyevin sözlərinə görə, əslində müştəri özü də seçdiyi brend haqqında məlumatlı olmalıdır. Ən azından həmin brendin internet səhifəsinə daxil olmaqla onun orijinal modelləri ilə tanış ola bilər.
Bütün bunlarla yanaşı, geyim alarkən etiketin dəyişdirilməsi və ya saxtlaşdırılması ilə bağlı şüphə yaranarsa, vətəndaşlar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.
Paltarlarda etiketlərin saxta olduğunu necə bilmək olar?



İçdiyiniz çayın saxta olmasını necə bilək? - METOD
Moskvada ölkəmizdən gedən tonlarla balıq saxlanılıb
"Leydi Şarm"da əməliyyat: 4 nəfər tutuldu - VİDEO
Ermənistanda Azərbaycan bayraqlı pivə qalmaqal yaratdı
“Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsi açıldı
Ermənilərin məhsulu “Araz”da da aşkarlandı
Şaxta baba ləğv olundu- YALNIZ QAR QIZA İCAZƏ VERİLİR
“Grandmart”da biabırçılıq: 31 avqustda 2 sentyabrın malı — SATILIR
“WhatsApp” yazışmaları necə ələ keçirilir? - AÇIQLAMA + VİDEO
Sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI
İçkidən 43 nəfər zəhərləndi - Ölənlər var
Sabah hava necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 