“Araz” marketlər şəbəkəsi “Choco Pie Lotte” şirniyyatının satışını dayandırıb. Şirkətin PR meneceri Büllurə Əmirova ONN media-ya bildirib ki, hazırda “Choco Pie Lotte”nin satışdan yığışdırılmasına başlanılıb. “Choco Pie Lotte” məhsulu İndoneziya brendidir. Rusiyada istehsal olunur. NANT şirkəti tərəfindən idxal edilir. Məhsulun ambulajının üzərində bir-neçə dildə, o cümlədən ana dilimizdə informasiya yer alıb. Biz satışını həyata keçirdiyimiz idxal məhsullarının üzərində ana dilimizdə informasiyanın əks olunmasına xüsusi diqqət yetiririk. Adı çəkilən məhsulun içərisində ermənicə yazıların xüsusi vurğulanması məsələsini idxalçı şirkətə bildirmişik. Hazırda bu məhsulların satışı dayandırılıb. Məsələ ətraflı araşdırılandan sonra satışının yenidən həyata keçirilib-keçirilməyəcəyinə qərar veriləcək”. Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış jurnalist Xalid Kazımlının paylaşdığı və üzərində ermənicə yazı ilə diqqət çəkən “Choco Pie” şirniyyatı geniş müzakirəyə səbəb olub. “Choco Pie Orion”dan (orijinal) fərqli olaraq, “Choco Pie Lotte” şirniyyatında erməni dilində yazı fərqləndirilir və Rusiyada olan bu zavodun ermənilər tərəfindən işlədildiyi vurğulanır. Xatırladaq ki, Ermənistanda istehsal edilmədiyi üçün bu məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunmasa da, erməni sahibkarların biznesinin çiçəklənməsinə rəvac verməmək və azərbaycanlıların pulunun ermənilər vasitəsilə öz əleyhimizə çevrilməməsi niyyətilə bu tip məhsullardan imtina həm də milli məsələdir.
Ermənilərin məhsulu “Araz”da da aşkarlandı



Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
"Erməniləri bu yolla maliyyələşdiririk" – Deputatdan şok
Bakıda Ermənistan məhsulu satılır? - Rəsmi açıqlama
“Araz” da erməni istehsalı olan şokolad satır?
"Araz" supermarketlər şəbəkəsindən növbəti fırıldaq — DİQQƏTLİ OLUN!
Yararsız uşaq qidalarını ölkəyə kim gətirir?
Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...
"Araz" marketinin müdiri 9 min AZN borca görə intihar edib?
Azərbaycana gələsi yağlar İrəvana getdi
Apple Rusiyada satışını dayandırdı
Əli Əsədov qərar imzaladı
Qida məhsulunu seçərkən buna diqqət edin
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 