Suriyanın İdlib vilayətində Türkiyə və Rusiya arasında razılaşdırılan silahsızlaşdırılmış zona indiyə qədər işləməyə başlamayıb.
ONN media xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin bildirib.
Rusiya diplomatı Türkiyəni öz vədlərinin icrasını maksimum sürətləndirməyə çağırıb.
"Ötən il sentyabrın 17-də bağlanmış memoranduma əsasən, birinci mərhələdə terrorçular tərəfindən zorakılığın azaldılmasına nail olunmalı idi. Sənəd həmçinin, deeskalasiya zonasının daxilində silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tuturdu. Terrorçular və ağır silahlar buradan çıxarılmalı idi. Türkiyə bu məsuliyyəti öz üzərinə götürdü. Biz əla anlayırıq ki, bu, ağır məsələdir. Və bu gün biz onlara deyirik ki, memorandum sonuna kimi yerinə yetirilməyib, silahsızlaşdırılmış zona indiyə qədər hələ rəsmiləşdirilməyib", - Verşınin deyib.
Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların nəticəsinə görə, iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzalayıblar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılması barədə razılaşıblar. Publika



Bu üç ölkə hərəkətə keçir - İdlib ƏMƏLİYYATI
Rusiyadan ABŞ-a mesaj
Türkiyə yenidən hərəkətə keçir?
Rusiya, Türkiyə və İran liderləri Ankaraya toplaşır
Terrorçulara verilən 150 saatlıq vaxt bitdi - Rusiyadan SON AÇIQLAMA
Soçidə KRİTİK GÖRÜŞ: hər hansı üçüncü şəxs olmadan...
Dünyanın gözü bu görüşdə - BAŞLADI
Rusiya və Türkiyə prezidentləri görüşə bilər
İrandan Ərdoğan-Putin görüşünə REAKSİYA
Ərdoğandan Zelenskiyə yeni təklif
Peskovdan NİKBİN AÇIQLAMA: ciddi danışıqlar aparmağa şərait yaradan...
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 