“Curiosity” kosmik aparatı Mars planetində metan molekulları aşkarlayıb.
ONN media xəbər verir ki, bu barədə Vaşinqtonda mətbuat konfransında ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin günəş sisteminin tədqiqi şöbəsinin direktoru Pol Mahaffi məlumat verib.
Kosmik aparatın atmosferin tərkibini analiz edən spektrometri tərəfindən mövsümi metan tərəddüdləri qeydə alınıb - şimal yarımkürəsində qazın konsentrasiyası Marsda yayın sonunda ən yüksək həddə çatır və minimal göstəriciləri 2,7 dəfə üstələyir.
Bununla yanaşı, P.Mahaffi qeyd edib ki, metan molekullarının aşkarlanması Marsda həyatın mövcudluğunun aşkarlanması kimi başa düşülməməlidir. Mümkün qaz mənbəyi kimi alimlər mikrobların aktivliyini hesab edirlər.
Bundan əlavə, “Curiosity” aparatı üst qatda üç tip üzvi molekul aşkarlayıb.
“NASA” nümayəndələri bildirib ki, üzvi molekulların aşkarlanması bizə planetin yaşayış üçün yararlılıq tarixi haqqında məlumat verir:
“Bu ondan xəbər verir ki, bu qədim şərait həyatı dəstəkləyə bilər. Orada həyatın dəstəklənməsi üçün hər şey olub. Lakin bu, orada həyatın mövcud olması demək deyil”.



NASA alimlərindən etiraf - Marsda canlı həyat tapıldı
Marsda ilk dəfə ozon izləri tapıldı
Marsda qəribə siqnallar aşkarlandı
Kosmosda maraqlı hadisə- Göndərilən zond yoxa çıxdı
Marsda həyat var
Marsda zəlzələ baş verdi
NASA Marsda helikopterin ikinci sınağını keçirdi
Nasa tarix açıqladı: ən uzaq görünən qalaktikalara...
NASA Marsda yaşayış layihələrini təqdim edib
Marsda helikopterin ilk sınaq uçuşu keçiriləcək
NASA-nın 2 astronavtı yerə qayıda bilmir
NASA bir ilkə imza atdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 