ONN İnformasiya Agentliyi

AFFA region klubunu yarışlardan kənarlaşdırıb

AFFA region klubunu yarışlardan kənarlaşdırıb
27 Mart 2024 - 16:53

AFFA U-11 liqasında mübarizə aparan “Hacıqabul Şərq” komandasını yarışlardan kənarlaşdırıb. 

ONN media xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar verib. U-11 Liqasında keçirilməli olan “İmişli” – “Hacıqabul Şərq” oyunu qonaq komanda təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən Hacıqabul təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb. U-11 Liqasında Gəncənin “Azəri” komandası texniki məğlubiyyətlə üzləşib. Baş məşqçi Elşən Əliyev qarşılaşmanın 24-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılıb. Ardınca mütəxəssis meydanı tərk etmədiyinə görə oyun yarımçıq dayandırılıb. Region Liqasında keçirilməli olan “İrəvan” İK – “City Baku” matçında ev sahibi komanda təyin edilən vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət alıb. Region Liqasında yenidən keçirilməsi nəzərdə tutulan “VT Gəncə” – “Balakən” FK oyununa qonaqlar gəlməyib. Görüş baş tutmadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png