ONN İnformasiya Agentliyi

Araz Abdullayev klubsuz qaldı

Araz Abdullayev klubsuz qaldı
24 Noyabr 2022 - 15:27

“Sumqayıt” komandası futbolçusu Araz Abdullayevlə müqaviləni ləğv edib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Təcrübəli oyunçu bir müddət öncə baş məşqçi Samir Abasovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, Araz Abdullayev bu ilin yanvarından “Sumqayıt”da çıxış edirdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png