ONN İnformasiya Agentliyi

Atletlərimiz qızıl və gümüş medallar qazandılar

Atletlərimiz qızıl və gümüş medallar qazandılar
03 İyun 2021 - 0:19

Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, yarışın qızıl medalını qazanıb.

ONN media  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə daha bir idmançısı, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, yarışın gümüş medalını qazanıb.

Beləliklə millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png