ONN MEDİA

Azərbaycan Universiadada ilk medalını qazandı

Azərbaycan Universiadada ilk medalını qazandı
05 İyul 2019 - 22:57

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk medalını qazanıb.

ONN media xəbər verir ki, II Avropa Oyunlarında Azərbaycana bürünc medal qazandırmış Hidayət Heydərov (-73 kq) bu yarışda da əliboş qalmayıb.

O, yalnız finalda rusiyalı Yevgeni Prokopçuka qızıl xal hesabında uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçumuz – bayraqdarımız Murad Fətiyev (-81 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Onu da bildirək ki, medal sıralamasında Azərbaycan bir gümüş medalla 8-ci sırada qərarlaşıb.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP