ONN İnformasiya Agentliyi

Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu

Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu
03 Aprel 2020 - 23:45

Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti virtual videoiclas keçirib.

ONN media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın davam etdirilməməsinə qərar verilib.

Turnir cədvəlində mövcud sıralamaya əsasən, 38 xalla lider olan “Zirvə Astara” klubu Azərbaycan çempionu elan olunub. İkinci pillədəki “Atom” (34 xal) gümüş, 3-cü sıradakı “Gəncə” (32) isə bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, fevralın 29-da keçirilən 20-ci turun oyunlarından sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə 27-ci Azərbaycan çempionatında məcburi fasilə yaranmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png