ONN İnformasiya Agentliyi

Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan kubokunun püşkü atıldı
24 Noyabr 2020 - 14:42

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkü atılıb.

ONN media  xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.

AFFA-nın inzibati binasında keçirilən tədbir “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanıb.

Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.

Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.

Azərbaycan Kuboku

1/8 final

1. “Səbail” – “Zaqatala”

2. “Turan Tovuz” – “Qəbələ”

3. “Sabah” – “Kəpəz”

4. “Qaradağ Lökbatan” – “Zirə”

1/4 final

5. “Sumqayıt” – 1-ci cütün qalibi

6. “Qarabağ” – 2-ci cütün qalibi

7. “Keşlə” – 3-cü cütün qalibi

8. “Neftçi” – 4-cü cütün qalibi

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png