ONN İnformasiya Agentliyi

Azərbaycan yığması bu gün Bolqarıstanla qarşılaşır

Azərbaycan yığması bu gün Bolqarıstanla qarşılaşır
25 Mart 2024 - 10:33

Azərbaycan yığması Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

ONN media xəbər verir ki, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17:00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan seçmələri qarşılaşacaqlar.

Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png