ONN İnformasiya Agentliyi

Bakı Olimpiya stadionunun adı dəyişdirilir?

Bakı Olimpiya stadionunun adı dəyişdirilir?
27 Dekabr 2019 - 20:24

Mətbuatda yer alan məlumata görə, Bakı Olimpiya Stadionu yanvar ayından etibarən SOCAR-ın nəzarətinə veriləcək. Eyni zamanda, yenilənmədən sonra stadion “SOCAR ARENA” adlanacaq.

Stadionun PR, Media və Tədbirlər üzrə mütəxəssisi Fərid Əsədzadə Publika.az-a açıqlamasında məlumatı təkzib edib.

Bildirib ki, yayılanlar əsassızdır: “İlham Əliyevin 5 iyul 2018-ci ildə imzaladığı Fərmana əsasən, SOCAR-a iki yeni struktur əlavə edilib. Onlardan biri Bakı Olimpiya Stadionudur. Yəni, keçən ilin həmin tarixindən etibarən SOCAR-ın Bakı Olimpiya Stadionu adlanır”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu ilə bağlı iddia Offsideplus.az saytında dərc olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png