ONN İnformasiya Agentliyi

“Beşiktaş” “Qarabağ”ın qapıçısını alır – Danışıqlar başlandı

“Beşiktaş” “Qarabağ”ın qapıçısını alır – Danışıqlar başlandı
02 İyun 2020 - 11:51

İstanbul təmsilçisi “Beşiktaş” bosniya və hersoqovinalı qapıçı Asmir Beqoviçi heyətinə qatmağa hazırlaşır.

ONN media xəbər verir ki, transfer hüququ “Bournmut”da olan təcrübəli qapıçı üçün ingilis klubu ilə erkən görüş keçirilib.

Hava toplarında son dərəcə uğurlu olan 32 yaşlı qapıçının “ağ-qaralar”ın marağından xəbərdar olduğu və İstanbula getməyə isti baxdığı bildirilib.

Qeyd edək ki, Asmir Beqoviçin Bournmut”la müqaviləsi növbəti mövsüm başa çatır. “Beşiktaş” qapıçını transfer hüququ ilə birlikdə almaq niyyətindədir.

Xatırladaq ki, Beqoviç karyerasının böyük hissəsini İngiltərədə keçirib. Adada 7 müxtəlif komandanın formasını geyinib. 2015-2017-ci illərdə “Çelsi”də oynayıb. 2019-cu ildə “Qarabağ” təcrübəli seyveri icarəyə götürüb. Beqoviç bu il Ağdam təmsilçisini “Milan”a dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png