ONN İnformasiya Agentliyi

Con Terri: “Mourinyo bizim atamız kimi idi…”

Con Terri: “Mourinyo bizim atamız kimi idi…”
24 Aprel 2020 - 19:02

Londonun “Çelsi” klubunun sabiq müdafiəçisi Con Terri məşhur portuqaliyalı məşqçi Joze Mourinyonun klubdan ayrıldığı günün xatirəsini yada salıb.

ONN media xəbər verir ki, C.Terri bildirib ki, Mourinyo futbolçuları ilə vidalaşarkən göz yaşları içində olub: “Bu həmin ərəfə idi ki, ətrafda pis oynadığımız barədə söhbətlər gəzirdi. O, otağa daxil olub “Bura qədər, qovuldum” dedi. Yaxınlaşıb hamını qucaqladı”.

Futbolçu J.Mourinyonun klubda qalması üçün rəhbərliyə müraciət etdiklərini də söyləyib:

“Təəssüf ki, qərar çoxdan verilmişdi. Hamımız göz yaşlarına qərq olmuşduq. Mourinyo bizim atamız kimi idi, bizi doğru yola istiqamətləndirirdi”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png