ONN İnformasiya Agentliyi

Həbibin atası koronavirusa qalib gəldi

Həbibin atası koronavirusa qalib gəldi
22 İyun 2020 - 23:36

Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa qalib gəlib.

ONN media  xəbər verir ki, bu barədə idmançının məşqçisi Xaver Mendes məlumat verib.

O bildirib ki, Abdulmanap Nurməhəmmədov artıq koronavirus xəstəsi deyil. Vəziyyəti əvvəllər keçirdiyi ürək əməliyyatına görə yenidən ağırlaşıb: “Qanı oksigenlə doyurmaq üçün Ekstrakorporal Membran Oksigenasiya aparatına (ECMO) qoşuldu. Xəstə tək başına nəfəs ala bilmirdi”.

Bildirək ki, Nurməhəmmədov aprelin 25-də sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti pisləşdiyindən müalicə üçün Moskvaya aparılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png