ONN İnformasiya Agentliyi

Məmmədyarov Aronyanla qarşılaşdı

Məmmədyarov Aronyanla qarşılaşdı
11 Mart 2018 - 23:31

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.

Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.

Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

İddiaçılar turniri, II tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan) – 0.5:0.5

Din Lijen (Çin) – Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) – Sergey Karyakin (Rusiya)

Aleksandr Qrişuk (Rusiya) – Uelsi So (ABŞ)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png