ONN İnformasiya Agentliyi

Mahir Emreli Dinamo ilə yolunu ayırdı

Mahir Emreli Dinamo ilə yolunu ayırdı
02 Mart 2023 - 20:47

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu cari mövsümün sonunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayıracaq.

ONN media “24sata.hr” saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçunu komandasına görmək istəmir.

70 yaşlı mütəxəssis yayda hücum xəttini gücləndirə biləcək oyunçular alınmasını istəyir.

Qeyd edək ki, Mahir Emreli bu mövsümün ikinci yarısını icarə əsasında Türkiyə “Konyaspor”unda keçirəcək. Superliqa təmsilçisi yayda forvardı birdəfəlik transfer etmək hüququna malikdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png