ONN İnformasiya Agentliyi

“Mançester Siti” 63 ildən sonra bu uğuru təkrarladı

“Mançester Siti” 63 ildən sonra bu uğuru təkrarladı
02 Mart 2018 - 21:53

Xəbər verdiyimiz kimi, “Mançester Siti” futbol klubu İngiltərə premyer-liqasının 28-ci turunda “Arsenal”ı 3:0 məğlub edib. “Mançester Siti” 1954/1955-ci illər mövsümündən sonra tarixdə ikinci dəfə ali divizion çərçivəsində bir mövsümdə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” komandalarına onların meydanlarında qalib gəlib.

ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, Mançester klubu bu mövsümdə artıq 82 qol vurub və 55 il bundan əvvəl “Tottenhem” komandasının qazandığı nailiyyəti təkrarlayıb. Xatırladaq ki, 1962/1963-cü illər mövsümündə londonlular da 28 turda 82 qol vurmuşdular.

Hazırda Pep Qvardiolanın komandası “Mançester Yunayted” klubunu 16 xal qabaqlayaraq liqada liderlik edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png