ONN İnformasiya Agentliyi

Mariya Stadnik 8 qat Avropa çempionu oldu

Mariya Stadnik 8 qat Avropa çempionu oldu
22 Aprel 2021 - 21:08

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

ONN media  xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.

Bu gün həmçinin Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png