ONN İnformasiya Agentliyi

“Neftçi”nin oyunu buna görə təxirə salındı

“Neftçi”nin oyunu buna görə təxirə salındı
23 Mart 2024 - 16:55

“Neftçi” ilə “Spartak” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub.

ONN media xəbər verir ki, bu gün keçirilməli olan matç Rusiya klubunun xahişi ilə ləğv olunub.

Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyimizi bildirir, başsağlığı veririk.

Klubdan bildirilib ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

Qeyd edək ki, “Neftçi” və “Spartak” arasında yoldaşlıq matçı martın 23-ü saat 18:00-da keçiriləcəkdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png