ONN İnformasiya Agentliyi

“Qəbələ” “Neftçi”yə böyük hesabla məğlub oldu

“Qəbələ” “Neftçi”yə böyük hesabla məğlub oldu
28 Sentyabr 2019 - 22:10
Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.


ONN media xəbər verir ki
, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Neftçi”ni qəbul edib.

İlk yarıda hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar qolları sıralamağa başlayıb. 60-cı dəqiqədə Tural Axundov hesabı açıb. 72-ci dəqiqədə Rauf Əliyev, 89-cu dəqiqədə isə Stiven Monroz keçmiş komandasını məyus edib.

Bu qələbədən sonra xallarını 8-ə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. 4 xala malik “Qəbələ” isə 7-cidir.

Azərbaycan Premyer Liqası VI tur


“Qəbələ” – “Neftçi” – 0:3

Qeyd edək ki, tura “Sabah” – “Səbail” və “Keşlə” – “Zirə” matçları ilə yekun vurulacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png