ONN İnformasiya Agentliyi

“Qarabağ” son yoxlama oyununu keçirdi

“Qarabağ” son yoxlama oyununu keçirdi
15 İyul 2021 - 23:43

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün son yoxlama oyununu keçirib.

ONN media  xəbər verir ki, rəqib Almaniya “Auqsburq”u olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bütün qollar ilk yarıda vurulub. “Qarabağ” Patrik Andrade və Xayme Romeronin qolları ilə önə çıxsa da, hesabı qoruya bilməyib.

15 iyul

Yoxlama oyunu

20:00. “Qarabağ” – “Auqsburq” – 2:2

“Qarabağ”ən qolları: Patrik Andrade, Xayme Andrade

“Qarabağ”ən start heyəti: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 20. Kadir Borges, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 81. Kevin Medina

Qeyd edək ki, “Qarabağ” əvvəlki yoxlama oyunlarında Bolqarıstanın MOİK (Sofiya) komandasını 1:0 hesabı ilə udub, Rusiyanın “Arsenal” (Tula) klubuna isə eyni hesabla uduzub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png