ONN İnformasiya Agentliyi

Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi

Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi
30 May 2021 - 21:43

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da həlledici mərhələyə start verilib.

ONN media  xəbər verir ki, zərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.

İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb – 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək.

Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

30 may

3-cü yer uğrunda, ilk görüşlər

Teymur Rəcəbov (Azərbaycan) – Yan Nepomnyaşi (Rusiya) – 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png