ONN İnformasiya Agentliyi

Ronaldo niyə Ərəbistanı seçdi?

Ronaldo niyə Ərəbistanı seçdi?
04 Yanvar 2023 - 8:32

Portuqaliya millisinin üzvü Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi haqda danışıb.

37 yaşlı hücumçu bu gün keçirilən təqdimat mərasimində deyib:

“Avropa klublarından təkliflər almışam. Bir çox klub – ABŞ, Avstraliya, Braziliya, Portuqaliya klubları mənimlə müqavilə imzalamaq istəyirdilər. Amma “Əl-Nəsr”i seçdim. Mən bu gözəl ölkədə təkcə futbolun deyil, həm də həyatın digər sahələrinin inkişafında iştirak etmək istəyirəm. Nə istədiyimi, həmçinin nə istəmədiyimi bilirəm. Çoxu bilmir, amma bu klubun qadın komandası da var və onların da inkişaf etməsi üçün çalışacağam. Bu bir şansdır və burada məqsədim xeyirli işlər görməkdir. Bu, mənim üçün yeni çağırışdır. İnsanların haqqımda nə dediyi məni maraqlandırmır. Qərarımdan məmnunam”.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png